"Azərbaycan millisinə yuxarıdan aşağı baxa bilmərik"

24 Dekabr 2019 12:11 Futzal 967
"Azərbaycan millisinə yuxarıdan aşağı baxa bilmərik"

Futzal üzrə DÇ-2020-nin elit-raundunda milli komandamızla birlikdə C qrupunda yer alan Rusiya seçməsinin baş məşqçisi Sergey Skoroviç şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis işlərinin asan olmayacağını etiraf edib: "Düşünürəm ki, çox çətin qrupdur. Slovakiya bütün seçmə mərhələləri keçdi və Avropa futzal arenasında rəqabət qabiliyyətinin olduğunu göstərdi.

Azərbaycan və Xorvatiyaya gəlincə, onlar UEFA reytinqində ilk 10-luqda yer alırlar. Buna görə də həmin komandalara yuxarıdan aşağı baxa bilmərik. Oyunlara hazırlaşırıq. Hədəfimiz dünya çempionatına çıxmaqdır".

Qeyd edək ki, bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Xəbər Lenti