Azərbaycan çempionatında qapıçı qol vurdu

17 Dekabr 2019 09:09 Futzal 1 024
Azərbaycan çempionatında qapıçı qol vurdu

Futzal üzrə Yüksək Liqada bir oyun keçirilib. Sportinfo.az xəbər verir ki, “Baku Fire” “Marafon”la üz-üzə gəlib.

IV turundan təxirə salınmış görüş Bakı İdman Sarayında baş tutub. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Marafon" qələbə qazanaraq, ikinci yerdəki EKOL-la xal fərqini aradan qaldırıb. Maraqlı məqamlardan biri “Marafon”un qapıçısı Vladislav Reznovun rəqib qapısına qol vurması olub.

“Baku Fire” – “Marafon” - 2:7

Qollar: Hamed Khodaei, 13:35; İbrahim Zeynalov, 35:27 - Tofiq Mikayılov, 04:12, 12:58, 18:01; Sərxan Məstiyev, 19:04, 21:14; Elşən İbrahimxəlilov, 27:25; Vladislav Reznov, 34:26

Hakimlər: Rahin Heybətov, Kənan Məlikov, Fuad Həsənov

Xəbər Lenti