3 braziliyalı Azərbaycan üçün milliləşdirilir

25 Noyabr 2019 13:40 Futzal 959
3 braziliyalı Azərbaycan üçün milliləşdirilir

Futzal üzrə milli komandamız yanvarda dünya çempionatının elit-raundunda çıxış edəcək. Yığmamız Rusiya, Xorvatiya və Slovakiya ilə qarşılaşacaq. Bu qrupun oyunları yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada təşkil olunacaq.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi Joze Alesio məsul yarışla əlaqədar Azərbaycan Futzal Federasiyasının rəhbərliyi ilə görüşüb.

Baş məşqçi hazırkı heyətlə final mərhələsinə vəsiqə qazanmağın mümkün olmadığını iddia edib. Braziliyalı mütəxəssis qrupda ilk 2 yerdən birini tutmaq üçün bir neçə legionerin yığmaya cəlb olunmasının vacibliyini deyib.

Alesio ölkəsindən tanıdığı futzalçılarla danışıqlar aparması üçün görəvləndirilib. Ona 3 braziliyalını milliyə gətirmək icazəsi verilib.

Xəbər Lenti