"Slovakiya revanş almaq istəyəcək" - millimizin üzvü

18 Noyabr 2019 21:15 Futzal 1 243
"Slovakiya revanş almaq istəyəcək" - millimizin üzvü

Futzal üzrə yığma komandamız 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün Rusiya, Xorvatiya və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.

Sportinfo.az-a açıqlama verən millimizin aparıcı üzvü Xətai Bağırov şanslarını dəyərləndirib. O, qrupun favoritinin Rusiya olduğunu söyləyib: "Fikrimcə, Rusiya millisi qrupun favoritidir. Onlar çox güclü rəqibdir. Amma Həştərxanda keçirilən turnirdə ruslara qarşı oynamışdıq. Yəni, Rusiya millisi də keçilməz rəqib deyil.

Xorvatiyanı da yetərincə yaxşı tanıyırıq. Onlara qarşı bizi olduqca ağır matç gözləyir. Xorvatiya ikinci pillə ilə də olsa, qrupdan çıxmaq istəyəcək. Slovakiya isə Bakıdakı məğlubiyyətin revanşını almaq istəyəcək. Bir sözlə çox yaxşı hazırlaşmaq lazımdır. Bizi üç ağır oyun gözləyir. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”.

Xəbər Lenti