UEFA milliləri səbətə ayırdı - İtaliya bizə rəqib olmayacaq

1 Noyabr 2019 14:37 Futzal 727
UEFA milliləri səbətə ayırdı - İtaliya bizə rəqib olmayacaq

Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü noyabrın 7-də İsveçrənin Nyon şəhərində atılacaq.

Sportinfo.az xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətlərə bölüb.

Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq.

Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan. Komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırıblar.

Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin “ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq.

Elit-raundun oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaypeda Arena”da keçiriləcək.

Səbət 1 (qrupda 4-cü pillə)
Xorvatiya*
Çexiya*
Ukrayna*

Səbət 2 (qrupda 2-ci pillə)
Serbiya*

Səbət 3 (qrupuda 1-ci pillə)
Rusiya*
İspaniya*
Portuqaliya*

Səbət 1 (qrupda 3-cü və 4-cü pillə)
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):
AZƏRBAYCAN
İtaliya
Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):
Qazaxıstan

Qeyd: Qarşısında ulduz olan komandaların evsahibliyi üçün müraciəti təsdiqlənib.

Xəbər Lenti