"100 faiz inanıram"

27 Oktyabr 2019 11:04 Futzal 1 266
"100 faiz inanıram"

Futzal üzrə yığmamızın aparıcı üzvü Vassura DÇ-2020-nin seçmə qrup mərhələsinin Slovakiya ilə oyunundan sonra (2:0) sonra Sportinfo.az saytına müsahibə verib.

- Görüş barədə nə deyə bilərsiz?

- Çox ağır oyun alındı. Çünki rəqibimiz səviyyəli komanda idi. Slovakiya yaxşı oynadıq. Çünki onlar 6-7 ildir ki, birlikdə oynayırlar. Biz Joze Alesionun dediklərini yerinə yetirdik. Ona görə də qələbə qazandıq.

- Ilk qol özünü niyə çox gözlətdi...
- Düzdür, elə oldu. Amma biz Slovakiyaya 9-10 qol da vura bilərdik. Sadəcə cəmi ikisindən istifadə etdik.

- Slovakiyaya qarşı yaxşı çıxış etdiz. Halbuki nə Moldova, nə də Monteneqroya qarşı bu cür oynamışdız.
- Güclü komandaya qarşı oynayırsınızsa, motivasiya da fərqli olur. Oyunqabağı motivasiyamız çox güclü idi. Amma işləməyə davam etməliyik. Bizim də heyətimiz tam deyildi. Bilirsiz yığmada, azərbaycanlı, braziliyalı, iranlı fərqi yoxdur, hamımız Azərbaycan bayrağı üçün oynayırıq. Azərbaycan millisinin formasını geyindiyimə görə şadam.

- Azərbaycan elit-raundda çıxış edəcək. Sizi dünya çempionatında görə biləcəyik?
- Əlbəttə ki, biz də buna görə oynayırıq. Bizim komandanın səviyyəsi var. Istənilən komandaya qarşı oynaya bilərik. Yığmamızda oynayan bütün futbolçular yaxşıdır. Allah qoysa, dünya çempionatında olarıq. Mən buna 100 faiz inanıram.

Xəbər Lenti