"Ptən gün birinci hissə haqda dediklərimin yenə əksini etdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri futsal üzrə milli komandamızın baş məşqçisi Joze Alseio deyib.
Latviyada təlim-məşq toplanışında olan millimiz yerli komanda ilə ikinci dəfə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Matçdan sonra fikirlərini federasiyanın saytı ilə bölüşən braziliyalı mütəxəssis oyundan razı qalmadığını deyib:
“Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər.
Rəqib isə çox istəkli idi, demək olar, səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.
İki komanda arasındakı ilk matç yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

