"Azərbaycan millisində bizə 25 min dollar vəd etmişdilər"

11 Aprel 2019 13:12 Futzal 619
"Azərbaycan millisində bizə 25 min dollar vəd etmişdilər"

Futzal üzrə Azərbaycan millisinin sabiq oyunçusu Paulo Rikardo Kaka maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda "Kayrat" futzal klubunu çalışdıran 42 yaşlı mütəxəssis "Vesti.kz"yə müsahibəsində futzalçı kimi Azərbaycan millisində çıxış etdiyi dövrü yada salıb.

Kaka bildirib ki, oyunçu karyerası ərzində ən böyük mükafat vədini ona məhz yığmamızda veriblər:

"Azərbaycan millisində oynadığım zaman ən böyük mükafat söz verilər.

Əgər biz dünya çempionatına vəsiqə üçün Rusiyanı mübarizədən kənarlaşdırsaydıq, hər kəsə 25 min dollar verəcəkdilər. Amma biz onları uda bilmədik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti