Milli Latviyaya yola düşdü

11 Aprel 2019 11:24 Futzal 552
Milli Latviyaya yola düşdü

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Latviyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komanda oyunun keçiriləcəyi Liepaya şəhərinə çatıb.

Yığma Liva otelində məskunlaşıb. Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv aprelin 11-də və 12-də Latviya yığması ilə qarşılaşacaq.

Birinci oyun Bakı vaxtı ilə saat 20:00, ikinci görüş isə 19:00-da başlayacaq. Yığma aprelin 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq.

Komanda aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti