Millimiz "Kaspi kuboku"nda

10 Aprel 2019 18:36 Futzal 522
Millimiz "Kaspi kuboku"nda

Futzal üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, yığmamız "Kaspi kuboku"na qatılacaq.

Bunu Qazaxıstan Futbol Federasiyasının futzal departamentinin rəhbəri Askar Abildayev deyib. O bildirib ki, turnir bu ilin sentyabrında baş tutacaq.

Turnir DÇ-2020-nin əsas seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq: "İyulun sonlarında iki həftəlik toplanış olacaq.

Sentyabrda isə Rusiyanın Həştərxan şəhərində beynəlxalq turnirə qatılacağıq. Həmin yarışda 4 yığma - Qazaxıstan, Azərbaycan, İran və yerli Rusiya yarışacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti