"Bu addımı atdıqları üçün "Sumqayıt" rəhbərliyinə təşəkkür edirəm".
Sportinfo.az xəbər verir ki, bu sözlər futzval millimizin baş məşqçisi Joze Alesio da Silvaya məxsusdu.
"Sumqayıt" Futzal Məktəbinin açılışında iştirak edən braziliyalı mütəxəssis tədbirlə bağlı fikirlərini bildirib:
"Çox şadam ki, Sumqayıt şəhərində yeni futzal məktəbi açılır. Bu addımı atdıqları üçün "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə təşəkkür edirəm.
Bu cür məktəblər nə qədər çox olarsa, ölkədə futzala maraq daha da artar. Ümid edirəm ki, yaxın gələcəkdə bu cür məktəblərin yetirmələri öz uğurlu çıxışları ilə adlarından söz etdirməyi bacaracaqlar.
Baba Əsgərov kimi təcrübəli mütəxəssisin "Sumqayıt" Futzal Məktəbinə rəhbərlik etməsi də təqdirəlayiq addımdı.
Düşünmədən söyləyə bilərəm ki, Riad Rəfiyev seçimində yanılmayıb".

