Azərbaycan millisinin heyətində 2 növbəti dəyişiklik

7 Aprel 2019 17:53 Futzal 557
Azərbaycan millisinin heyətində 2 növbəti dəyişiklik

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Namiq Məmmədkərimov və Fərid Atakişiyevin əvəzində Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.

Azərbaycan yığması 8-9 apreldə Bakıda, 10-12 apreldə Latviyada, 13-17 apreldə Serbiyada təlim-məşq toplanışı, aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti