Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Yasamal” MFK yarışlardan kənarlaşdırılıb.
Sportinfo.az xəbər verir ki, bununla əlaqədar qurumun İntizam Komitəsi qərar çıxarıb.
Səbəb kimi paytaxt təmsilçisinin bu mövsüm üç oyunda iştirak etməməsi göstərilib. Komanda son olaraq XXIV turda "Araz"la qarşılaşmada iştirak etməyib və buna görə texniki məğlubiyyət alıb.
Yasamal” MFK-nın kənarlaşdırılmasından sonra Yüksək Liqada cəmi 5 komanda qalıb. Qalan 4 turda bu komanda ilə qarşılaşmalı olan klublara texniki qələbə veriləcək.

