Dünən futzal üzrə Yüksək Liqada XXIII turun oyunları keçirilib.
Öncədən təqvimdə nəzərdə tutulduğu kimi, 3 yox, 2 görüş baş tutub.
Halbuki Bakı İdman Sarayında ilk olaraq "Yasamal MFK Baku" ilə EKOL üz-üzə gəlməli idi. Saat 12.30-a təyin olunan oyunu Mehman Mahmudov, Elmir Quluzadə və Elvin Ağayevdən ibarət briqada idarə etməlidi.
Buna səbəb "Yasamal MFK Baku"nun matça gəlməməsi olub. Bu səbəbdən AFFA İntizam Komitəsi növbəti iclasında EKOL-a texniki qələbə verəcək.
Məsələ ondadı ki, “Yasamal” MFK mübarizəni dayandırıb. Reqlamentə görə, çempionat ərzində üzürlü səbəb olmadan 3 oyuna gəlməyən komanda avtomatik yarışdan kənarlaşdırılır.
Ötən turda “Araz”la oyuna gəlməməklə “Yasamal” MFK 3-ü haqladı. Komanda üçüncü dövrənin ilk iki turunda “Araz” və “Ekol”la görüşlərdə də iştirak etməmişdi.
Baxmayaraq ki, sonradan özlərində güc tapıb 4 oyuna çıxmışdılar. “Yasamal”artıq həyatda yoxdu. Klubun fəaliyyətini durdurmasına səbəb maliyyə çatışmazlığıdı.
SPORTİNFO.AZ

