Azərbaycan - Hollandiya: 3 fərqli ölkənin hakimi iş başında

27 Mart 2019 19:24 Futzal 540
Azərbaycan - Hollandiya: 3 fərqli ölkənin hakimi iş başında

19 yaşadək futzalçılar arasında təşkil edilən Avropa çempionatının əsas mərhələsində keçiriləcək Azərbaycan - Hollandiya görüşünün hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, martın 28-də baş tutacaq qarşılaşmada 3 fərqli ölkənin nümayəndəsi iş başında olacaq.

Belə ki, Sloveniyanın Podçetrtek İdman Sarayında keçiriləcək oyunu polşalı Damian Yaruçevis, isveçrəli Marko Rotenfluh və rusiyalı Yuri Neverov idarə edəcəklər.

Yaruçevis və Rotenfluh U-19 yığmamızın bu gün Kiprlə keçiriləcək ilk oyununda da iş başında olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti