Azərbaycanda bir klub çempionatdan çıxarıldı

14 Mart 2019 10:48 Futzal 992
Azərbaycanda bir klub çempionatdan çıxarıldı

AFFA İntizam Komitəsinin iclasından sonra daha bir neçə komandaya texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, U-12 Liqasının “Junior” FK – “Neftçi” PFK görüşündə iştirak etməyən birincilər 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.

U-13 Qızlar Liqasının “Sumqayıt” – “Angel” matçında “Sumqayıt”ın, “Aran” – “Mələklər” görüşündə isə “Mələklər”ın heyətində yetərsay olmayıb. Bu üzdən rəqiblər texniki qələbəyə sevinib.

Futzal üzrə Birinci Liqanın “Standart” – “Sabunçu” qarşılaşmasında isə “Sabunçu” iştirak etmədiyindən, 0:5 hesablı texniki məğlubiyyət alıb. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti