Azərbaycan millisinin baş məşqçisi hakimləri təhqir etdi

13 Mart 2019 10:48 Futzal 694
Azərbaycan millisinin baş məşqçisi hakimləri təhqir etdi

AFFA İntizam Komitəsi 19 yaşadək futzalçılardan ibarət millinin baş məşqçisi Ağatahir Əzimovu beş oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb baş məşqçinin Birinci Liqada "Zəngilan"la matçda hakimi təhqir etməsidir. U-19 həm də Liqada çıxış edir.

İntizam Komitəsi U-14 Liqasında çıxış edən "Keşlə"nin baş məşqçisi Alim Qurbanovu da eyni səbəbdən 5 oyunluq cəzaya məruz qoyub. Qurbanov "Qarabağ"la görüşdə hakimi təhqir edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti