19 yaşadək futzalçılardan ibarət Azərbaycanın əsas mərhələdəki rəqiblərindən olan Sloveniya millisi yoldaşlıq oyunları keçirəcək.
Sportinfo.az xəbər verir ki, Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunlar martın 16-da və 17-də baş tutacaq.
Yığmamız Sloveniya komandası ilə martın 30-da qarşılaşacaq. Baş məşqçi yoldaşlıq matçları üçün bu oyunçulara dəvət göndərib:
Max Vesel (FK Siliko), Jure Vetrih (FK Dobrepolje), Matej Ahçin (FSK Stripy), Vanç Florjančič (FK Stripy), Marko Mohoriç (FK Stripy), Timotej Debeljak (FC Litija), Marko Bjelçeviç (FC Litija), Tilen Gajser (ŠD Brezje), Jeremy Bukovec (ŠD Brezje), Matic Goznik (ŠD Brezje), Maks Vidmar (FK Siliko), Maks Rotar (FK Siliko), Tod Ciuha (FK Siliko).

