Yenə Azərbaycanda - Yığmaya görə 4 turun təqvimi dəyişdi

7 Mart 2019 14:36 Futzal 556
Yenə Azərbaycanda - Yığmaya görə 4 turun təqvimi dəyişdi

Futzal üzrə Yüksək Liqanın təqvimində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası (AFF) millinin oyunları ilə əlaqədar bu addıma əl atıb.

Belə ki, yığmamız aprelin 10-dan 17-dək Latviya və Serbiya milliləri ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Bunu nəzərə alan AFF çempionatın təqvimində dəyişiklik edib.

24-cü, 25-ci, 26-cı və 27-ci turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, müvafiq olaraq aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti