AFFA-nın baş katibi: "Etiraf edim ki, bir neçə il gecikdik"

6 Mart 2019 12:24 Futzal 710
AFFA-nın baş katibi: "Etiraf edim ki, bir neçə il gecikdik"

"Həmin oyunda olmuşam, bu, ilk matç idi və müsbət nəticə gözləmək düzgün deyildi".

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu.

Federasiya rəsmisi Türkiyəyə böyük hesabla uduzan (1:10) U-19 futzal yığmasının çıxışından danışıb:

"Millinin formalaşdırılması bir neçə il gecikdi. UEFA-dan da tələb olmadığından, bütün gücümüzü əsas komandaya vermişdik.

Bundan sonra U-19-a da diqqətlə yanaşacağıq. Etiraf edim ki, bir neçə il gecikdik. Əsas komandanın baş məşqçisi Joze Alesio ilə bu barədə danışmışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti