Azərbaycan çemionatında 46 qolun müəllifi kənarda saxlanıldı

28 Fevral 2019 16:12 Futzal 575
Azərbaycan çemionatında 46 qolun müəllifi kənarda saxlanıldı

Martın ilk günündə futzal üzrə Yüksək Liqada XX turun oyunları keçiriləcək.

Sportinfo.az-ın AFF-nin rəsmi saytına istinadən məlumatına görə, çempionatın bombardirliyini ötən turda əldən verən Hadi Rezvan bu turu buraxacaq.

"Xəzər Cənub"un üzvü sarı vərəqə limitini doldurduğuna görə “Yasamal” İSK ilə dueli kənardan izləyəcək.

Passivində 3 sarı vərəqəsi olan olan futzalçılar isə limitin bir addımlığındadılar.

Belə ki, İbad Məmmədov, Məhəmməd Eyniyev (hər ikisi "Yasamal" İSK), Tural Lətifov ("Yasamal" FK), Rüfət Balakişiyev, Hamid Reza, Ali Abdollahi (hamısı "Neftçi" İK), Omid Nabat ("Xəzər Cənub") və Rövşən Hüseynli ("Araz") daha bir "sarı" ilə cəzalı duruma düşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti