Qapısında 10 qol görən yıbmamızın baş məşqçisinin bəhanəsi

22 Fevral 2019 09:24 Futzal 686
Qapısında 10 qol görən yıbmamızın baş məşqçisinin bəhanəsi

“Çox pis oynadıq, rəqibdən çəkindik, sanki dogma meydanda oynayan biz deyildik”.

Sportinfo.az xəbər verir ki, u sözləri futsal üzrə U-19 millimizin baş məşqçisi Ağatahir Əzimov deyib.

Dünən ikinci dəfə Türkiyə ilə qarşılaşan komandamız 1:10 hesabı ilə məğlub olub. İlk yoldaşlıq oyunu da Türkiyənin qələbəsi ilə yekunlaşmışdı – 5:3.

Qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına açıqlama verən Əzimov fikirlərini bölüşüb: “Məşqdə etdiklərimizi oyunda göstərə bilmədik.

Razıyam, fiziki cəhətdən rəqibdən geri qalırdıq. Ancaq verdiyim tapşırıqları da uşaqlar tətbiq edə bilmədilər. Seçim imkanımız məhduddu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti