19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, Ağatahir Əzimov yetirmələrini yenə Türkiyə önündə sınayıb.
Ötən qarşılaşmada bu rəqibinə 3:5 hesabı ilə yenilən komandamız bu dəfə də meydandan məğlub ayrılıb. Qardaş ölkə millisi 10:1 hesabı ilə qalib gəlib.
Azərbaycan (U-19) – Türkiyə (U-19) 1:10
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov
Bakı İdman Sarayı

