"Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər"

20 Fevral 2019 00:20 Futzal 638
"Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər"

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız Türkiyədən olan həmyaşıdları ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçiriləcək oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Ağatahir Əzimovun komandası qarşılaşma ərzində hesabda irəli keçsə də, üstünlüyünü qoruya bilməyib və yekunda 3:5 hesabı ilə məğlub olub.

“Uşaqlar ilk dəqiqədən sona qədər həyəcanlı idilər. Doğma məkanda oynadıq, amma öz futzalçılarımız toparlana bilmədilər”.

Millimizin baş məşqçisi Ağatahir Əzimov fikirlərini bölüşüb: “Məşqdə göstərdikləri performansı oyunda görə bilmədik.

Öyrətdiyim şeyləri yerinə yetirə bilmədilər, yaddan çıxartmışdılar. Bunun hamısı həyəcanla bağlıdır.

Düzdü, birinci hissədə nisbətən yaxşı oynadıq. Rəqibin də imkanları az deyildi. Fasiləyə üstün yollanmağımız sanki oyunçularımızı arxayınlaşdırdı.

Fikirləşdilər ki, artıq qələbə qazanmışıq. Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər.

Qolların hamısını standart vəziyyətdən vurduq. İkinci oyunda səhvlərimizi təkrarlamamalıyıq. Rəsmi oyunlarda bizim üçün çox çətin olacaq”.

Azərbaycan (U-19) - Türkiyə (U-19) 3:5

Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 7. Nurlan Mehdizadə, 8. Huseyn Qarayev, 9. Rafael Mütəllimov, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 13. Fuad Məmmədzadə, 17. Nicat Quluzadə, 19. Hüseyn Abutalıbov

Baş məşqçi: Ağatahir Əzimov

Türkiyə: Ərtuğrul Yıldız, Rəcəp Taş, Ərkan Çinar, Mustafa Acar, Muhammed Yusuf Aygün, Mustafa Yorulmaz, Doğu Dəmirkol, Batuhan Dırağa, Səfa Çollak, Arda Köksal, Emir Şenocak, Bünyamin Balcı, Muhammed Furkan Özhan, Berat Altındiş

Baş məşqçi: Murat Kaya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti