2008-ci ildə yaradılan Azərbaycan klubundan 1500-cü qol

17 Fevral 2019 17:01 Futzal 532
2008-ci ildə yaradılan Azərbaycan klubundan 1500-cü qol

Futzal üzrə Yüksək Liqanın XVIII turu EKOL üçün əlamətdar göstərici ilə yadda qalıb.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, 2008-ci ildə yaradılan və ölkə çempionatında iştirak edən bu komanda “Yasamal” İSK ilə matça qədər 1489 qol vurmuşdu.

Autsayderlə matçda 13:2 hesabı ilə qələbə qazanan EKOL-un 11-ci – Əsgər Abasovun 35:11-ci dəqiqədə vurduğu qol klubun tarixində 1500-cü qol olub.

Hazırda aktivində 1502 qol olan EKOL bu göstəriciyə 226 oyunda nail olub. Bu da hər oyuna orta hesabla 6.6 qol deməkdi.

Yeri gəlmişkən, EKOL 226 oyundan 143-də qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti