"Azərbaycan çox güclüdü, əslində, elit-raundda olmalıdı"

7 Fevral 2019 10:48 Futzal 691
"Azərbaycan çox güclüdü, əslində, elit-raundda olmalıdı"

"Çətin qrupda olsaq da, növbəti mərhələyə vəsiqə qazana bildik".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Monteneqro yığmasının baş məşqçisi Sveto Lyesar deyib.

Monteneqrolular AVRO-2020-nin seçmə mərhələsində yer aldığı G qrupunu ikinci pillədə başa vuraraq, Əsas mərhələyə adlayıb.

Komanda bu dəfə 3-cü qrupda Azərbaycan, Slovakiya və Moldova ilə üz-üzə gələcək. Lyesar yerli mətbuata açıqlamasında millimizin qrupun favoriti olduğunu bildirib:

"Azərbaycan çox güclü komandadı. Onların heyətində 5 braziliyalı oyunçu var. Azərbaycan əslində elit-raundda olmalıdı.

Ümumiyyətlə, çox güclü qrupa düşmüşük. Oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Mümkün qədər çox yoxlama görüşü keçirməyimiz vacibdi".

Qrup oyunları oktyabrda Bakıda keçiriləcək. İlk iki yerin sahibi Elit raunda vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti