Millimiz öncə Kipr, ardınca Hollandiya ilə qarşılaşacaq

30 Yanvar 2019 08:24 Futzal 598
Millimiz öncə Kipr, ardınca Hollandiya ilə qarşılaşacaq

19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas seçmə mərhələsinin təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının oyunlarının da vaxtı dəqiqləşib.

Sloveniyada keçiriləcək II qrupun matçlarında millimiz öncə Kipr, ardınca Hollandiya ilə qarşılaşacaq. Son turdakı rəqib isə meydan sahibləri olacaq.

Bu qrupun oyunları Podçetrtek şəhərinin eyniadlı idman zalında baş tutacaq.

II qrup

I tur, 27 mart

22:45. Azərbaycan - Kipr

II tur, 28 mart

19:00. Hollandiya - Azərbaycan

III tur, 30 mart

21:00. Azərbaycan – Sloveniya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti