Millimizin AÇ-dakı potensial rəqiblərinin oyununda darmadağın

23 Yanvar 2019 20:00 Futzal 585
Millimizin AÇ-dakı potensial rəqiblərinin oyununda darmadağın

19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın təsnifat mərhələsində ilk turun görüşləri keçirilib.

Mübarizəyə əsas seçmə mərhələdən başlayacaq Azərbaycan millisinin rəqibinin müəyyənləşdiyi B qrupunda 2 görüş baş tutub. Potensial rəqiblərimizin duellərində darmadağın qeydə alınıb.

Kosovo meydan sahibi San-Marinonu 11:2 hesabı ilə məğlub edib. Kipr isə İsveç üzərində böyükhesablı qələbə qazanıb – 6:1.

Yığmamız martın 26-31-də keçiriləcək əsas seçmə mərhələdə 2-ci qrupda mübarizə aparacaq.

Komandamızın rəqibləri meydan sahibi Sloveniya, Hollandiya və B qrupunun qalibi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti