AFFA İntizam Komitəsinin iclası keçirilib.
Spirtinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” - “Star Karqo” matçının 30-cu dəqiqəsində ev sahiblərindən Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılır.
Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

