AFFA-nın futboldan qovduğu milli üzvü futzal klubunda

14 Yanvar 2019 18:00 Futzal 1 111
AFFA-nın futboldan qovduğu milli üzvü futzal klubunda

Futzal üzrə Azərbaycan Kubokunda 1/32 final mərhələsinin daha 5 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günə "Baku Fire”nin əsas və ikinci komandaları arasındakı derbi ilə start verilib.

Birinci Liqanın iddialı komandası böyükhesablı qələbəyə sevinib. İkinci oyunda "Baku Fans” erkən qol vursa da, "Dalğa”nın cavabı gecikməyib.

Ötənlərin tanınmış futbolçusu və 2017-ci ildə danışılmış oyunlarda iştirak şübhəsi ilə diskvalifikasiya olunmuş Cəmşid Məhərrəmov fasiləyə qədər ardıcıl iki qol vurmaqla komandasına qələbə qazandırıb.

Yeni adı ilə ilk oyununa çıxan "Mübariz” FK-nın işi də çətin olmayıb. "Təbriz” də "Abşeron”dan üstün olmağı bacarıb.

Günün son oyununda qələbəni və vəsiqəni "Hövsan” qazanıb. Beləliklə Baku Fire, Dalğa, Mübariz, Təbriz və Hövsan 1/16 finaldakı rəqiblərini gözləyirlər.

Azərbaycan Kuboku, 1/32 final

Baku Fire - Baku Fire-2 - 7:1 (2:0)

Hakimlər: Rahin Heybətov, Vaqif Musayev, Azad Hüseynov

Qollar: E. Qasımov (ö.q), 02:58, R. Abdullayev, 14:10, T. Məcidov, 21:09, 24:47, R. Səfiyarov, 21:59, E. Zərbəliyev, 23:42, S. Vəliyev, 26:57 - T. Kərimov, 23:46

Baku Fans – Dalğa - 1:2 (1:2)

Hakimlər: Ramil Namazov, Azad Hüseynov, Rahin Heybətov

Qollar: İ. Heydərov, 0:44 - C. Məhərrəmov, 03:05, 04:13

Sovetski – Mübariz - 0:15 (0:6)

Hakimlər: Azad Hüseynov, Elman Musayev, Anar Fərəcov

Qollar: E. Tağıyev, 07:34, 21:58, 25:33 N. Abdullayev, 08:32, 15:36, 29:58, Ş. Abdinov, 10:12, V. Nəsirov, 12:08, 12:59, E. Bayramov, 12:28, 21:25, Ə. Alışanov, 18:33, 20:41, 22:32, 27:52

Abşeron - Təbriz - 3:8 (1:5)

Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Kənan Məlikov

Qollar: F. Şabanzadə, 08:54, B. Quliyev, 21:45, E. Kazımov, 23:56 - Ə. Hüseynov, 07:33, C. Cəfərov, 11:52, 12:14, 26:04, Ülvi Əliyev, 14:09, 14:50, N. Məmmədli, 17:03, 27:32

Yasamal MFK Baku "B” – Hövsan - 0:6 (0:2)

Hakimlər: Mehman Mahmudov, Kənan Məlikov, Azər Əsgərov

Qollar: N. Əzizov, 01:06, 28:17, İ. Babayev, 07:38, Muxtar Həsənov, 17:37, 19:27, V. Kərimov, 24:49

Daha əvvəl "Green Log”, "Advokat", "Borçalı" və ADBTİA da mərhələ adlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti