Futzal üzrə ölkə çempionatının İkinci Liqasında mübarizə aparan “Hicran” FK qış fasiləsindən sonra yeni adla çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi komandanı “Mübariz” FK adlandırmaq haqda qərar qəbul edib və ad dəyişikliyi ilə bağlı Azərbaycan Futzal Federasiyasına məlumat verib.
Bu komanda yeni adla ilk sınağını Azərbaycan kubokunun 1/32 final mərhələsində verəcək.

