"Azərbaycan münasib rəqibdi"

27 Dekabr 2018 16:36 Futzal 533
"Azərbaycan münasib rəqibdi"

"Maraqlı və əyləncəli qrupa düşmüşük".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki deyib.

O, yerli mətbuata açıqlamasında DÇ-2020-nin püşkatmasını dəyərləndirib. Əsas mərhələdə Azərbaycan millisi ilə 3-cü qrupda qərarlaşan slovakiyalıların hədəfi mundiala yollanmaqdı.

Berki yığmamızın keçilməz olmadığını düşünür: "İlk səbətdən qrupumuza Azərbaycan düşdü. Bu komandanı münasib rəqib saymaq olar.

Ancaq oyunlar onların meydanında keçiriləcək. İlkin mərhələdə H qrupunu yüksəlişdə olan Finlandiyanın qazanacağını düşünürəm.

Onlarla oyunumuz maraqlı olacaq. G qrupunda isə Hollandiyanın birinci yeri tutacağını proqnozlaşdırıram.

Bizə də digər 3 komandadan biri düşəcək. Hədəfimiz dəyişməz olaraq qalır - dünya çempionatına yollanmaq".

Əsas mərhələnin 3-cü qrupunda Azərbaycan və Slovakiya ilə yanaşı, ilk mərhələdə H qrupunun (Finlandiya, Moldova, Uels, Şimali İrlandiya) birincisi və G qrupunun (Hollandiya, Monteneqro, Bolqarıstan, Estoniya) ikincisi mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti