Futzal üzrə Yüksək Liqada 14-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, tur təkcə “Araz”ın cari mövsümdə ilk məğlubiyyəti ilə barışması, eyni zamanda EKOL-un “qış çempionluğu”yla əlamətdar olmayıb, həm də cari mövsümdə Yüksək Liqada 500-cü qol vurulub.
Bu tura qəddər 494 qol vurulmuşdu. Günün ilk oyununda tərəflər ümumilikdə 5 qol vurduğundan yubiley qolu “Yasamal” FK – “Neftçi” İK duelində hesabın açıldığı qol olub.
Nominal qonaqların iranlı legioneri Hamed Abdollahinin 8-ci dəqiqədə vurduğu top cari mövsümdə 500-cü qol kimi tarixə düşüb.

