Futzal üzrə Yüksək Liqada 10-cu turdan təxirə salınmış oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, çempionluğa iddialı “Neftçi” İK debütant “Liman”la qarşılaşıb.
Son iki oyunda ardıcıl məğlubiyyətləri sıralayan “Neftçi” İK oyuna yeni baş məşqçi Hacıbala Abdullazadənin rəhbərliyi altında çıxıb.
Belə ki, ötən turda EKOL-a 0:7 hesablı məğlubiyyət İlqar Aslanovun baş məşqçi postundan ayrılmasına səbəb olub. Onu, təcrübəli mütəxəssis Hacıbala Abdullazadə əvəzləyib.
Yeni baş məşqçi debüt matçını məhz “Liman”a qarşı keçirib. H.Abdullayev hazırda həm də milli komandanın məşqçisi kimi fəaliyyətini davam etdirir.
“Liman”la görüşə gəlincə, erkən qollarla oyuna başlayan “Neftçi” yekunda böyükhesablı qələbə qazanıb.
"Neftçi" İK - "Liman" 14:1
Qol: R. Balakişiyev, 00:29, 03:29, 17:46, 33:36, 37:10, V. Xocayev, 08:42, A. Abdollahi, 14:54, M. Katebi, 19:24, O, Baxşalızadə, 21:37, 23:22, 28:46, 33:27, 35:45, T. İsmayılov, 36:48 - S. M. Musevi, 38:40.
Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, Kənan Məlikov.
16 dekabr. Olimpik Star. Saat 13:30.

