Azərbaycanın Yüksək Liqasında iki penalti, iki “qırmızı”

10 Dekabr 2018 10:36 Futzal 521
Azərbaycanın Yüksək Liqasında iki penalti, iki “qırmızı”

Yüksək Liqada 4-cü turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal” FK və “Xəzər Cənub” üz-üzə gəlib.

Fasiləyə qədər komandalar hərəyə bir dəfə fərqlənib. Halbuki “Xəzər Cənub” daha çox qol vura bilərdi.

Bunun üçün nominal qonaqlar iki dəfə təyin edilmiş 10 metrlik zərbəni dəqiq yerinə yetirməli idi. Ancaq Mehdi Pənahande qeyri-dəqiq oynadı, Farid Mazahevinin zərbəsini isə qapıçı zərərsizləşdirdi.

İkinci hissədə üstünlük “Xəzər Cənub”un tərəfində oldu. Oyunun gedişində “Yasamal” FK-nın 2 oyunçusunun qırmızı vərəqə alması və komandasını azlıqda qoyması da nəticəyə təsirsiz ötüşmədi.

Beləliklə, ilk “4-lüy”ə iddialı iki komandanın cari mövsümdəki ilk duelini “Xəzər Cənub” qazandı. Bu komandalar arasında növbəti təxirə salınmış oyun dekabrın 10-da, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək.

Yasamal FK - Xəzər Cənub 3:7

Qollar: S.Amini, 12:01, M.Cahandost, 32:48, S.Jamali, 36:59 - Ş.Şahnazi, 19:38, 31:07, F.Mazahevi, 22:44, 24:25, H.Rezvan, 26:07, A.Mikaili, 32:15, M.Nasirzadeh, 35:42.

Qırmızı vərəqələr: S.Amini, 29:59 (ikinci sarı), M.Cahandost, 34:01.

Hakimlər: Azad Hüseynov, Mehman Mahmudov, Rahin Heybətov
Bakı İdman Sarayı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti