“Neftçi”nin 5 futbolçusunda kəskin respirator aşkarlandı

12 Fevral 2018 20:48 Futzal 742
“Neftçi”nin 5 futbolçusunda kəskin respirator aşkarlandı

Futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna “Neftçi”nin 5 futzalçısının səhhətində problem yaranması səbəb göstərilir.

Belə ki, bu gün müayinədən keçən komandanın üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib.

Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.

“Araz” – EKOL

14 fevral. Bakı İdman Sarayı. Saat 14:30

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti