Futzal üzrə Yüksək Liqada dövrələrarası fasilə başa çatır.
Sportinfo.az xəbər verir ki, gələn həftə - fevralın 14-də üçüncü dövrənin oyunlarına start veriləcək.
Qış fasiləsindən sonra ilk oyun “Neftçi” ilə “Yasamal” arasında keçiriləcək.
Turun mərkəzi oyunu isə CBC Sport kanalında canlı yayımlanacaq. Söhbət “Araz” – EKOL oyununda gedir. Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:
15-ci tur
“Neftçi” İK – “Yasamal” FK
Bakı İdman Sarayı. Saat 12:30
“Araz” – EKOL
Bakı İdman Sarayı. Saat 14:30
“FK.İD.Futsal” – “Marafon Futsal”
Bakı İdman Sarayı. Saat 16:00

