Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasına 8:1 hesablı qalib gələn Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.
Qazaxıstanın bu mərhələdəki rəqibinin adı isə son 1/4 final matçında - Ukrayna - İspaniya matçından sonra müəyyənləşib.
İspanlar 1:0 hesabı ilə qalib gələrək yarımfinala çıxmağı bacarıb. Rusiya - Portuqaliya və Qazaxıstan - İspaniya oyunları fevralın 8-də keçiriləcək.

