“Hər şey bir qırağa, biz kişiyik”

7 Fevral 2018 09:24 Futzal 781
“Hər şey bir qırağa, biz kişiyik”

Futzal üzrə milli komandamız Avropa çempionatının 1/4 finalında Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma barədə yığmamızın qapıçısı Rövşən Hüseynli sosial şəbəkə hesabında paylaşım edib.

Avropanın ən yaxşı qapıçılarından biri olan 26 yaşlı futzalçı bunları qeyd edib: "Öncə bu günə qədər bizi dəstəkləyən, uduzsaq bələ, yanımızda olan hər kəsə təşəkkür! Oyun haqqında heç nə deməyəcəm.

Hər şey göz qabağında oldu və unutmayaq ki, bu, futzaldır. Olmamalı idi, amma hesabda geridə olduğun vaxt risk etməlisən. Etdik və alınmadı.

Hər şey bir qırağa, kişiyik, tənqid etmək olar, normaldı. Hər bir insanın öz düşüncəsi var. Amma təhqir etmək... O artıq təhqir edənin nakişiliyidi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti