FOTO - Millimizə 4 qol vurdu Avropanın ən yaxşı bombardiri oldu

7 Fevral 2018 08:36 Futzal 535
FOTO - Millimizə 4 qol vurdu Avropanın ən yaxşı bombardiri oldu

Portuqaliya yığması futzal üzrə Avro-2018-in ¼ final oyununda Azərbaycanı 8:1 hesabı ilə darmadağın edib və əfsanəvi Rikardinyu matçda 4 qol vuraraq poker edib.

Sportinfo.az xəbər verir ki, o, bu poker sayəsində Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və bununla da turnir tarixində ən yaxşı bombardir olub.

Bunadək Avropa çempionatlarının final mərhələsi üzrə ən yaxşı bombardir hesabında 20 qol olan rusiyalı Konstantin Yeremenko idi. Bu, 17 il ərzində rekord hesab edilib.

Rikardinyunun Rusiyaya qarşı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti