Portuqaliya rüsvayçılığı!

6 Fevral 2018 22:24 Futzal 1 178
Portuqaliya rüsvayçılığı!

Futzal üzrə Azərbaycan milli komandası bu gün Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun çalışdırdığı millimiz yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə mübarizə aparıb.

Qarşılaşmanı çox uğursuz keçirən futzalçılarımız meydanı biabırçı məğlubiyyətlə tərk ediblər və AÇ-də mübarizəni dayandırmalı olublar.

Azərbaycan millisi bu rəqiblə tarixində 12-ci dəfə üz-üzə gəlirdi. Əvvəlki 11 qarşılaşmadan 8-də Portuqaliya qalib gəlib, 3-də isə heç-heçə qeydə alınmışdı.

Millimiz pireneylilər üzərində ilk qələbəsini qazana bilsə, həm AÇ-nin yarımfinalına yüksələcək, həm də əvvəlki uğursuzluqların qisasını alacaqdı.

Lakin bu rəqiblə uğursuz tendensiyaya son qoymaq mümkün olmayıb. Portuqaliya yarımfinalda Rusiya ilə üz-üzə gələcək.

Portuqaliya - Azərbaycan 8:1

Qol: P.Kari, 3; 6. P.Varela, 10. Rikardinyo, 11; 20; 26; 32. B.Koelyo, 25 - Qallo, 1.
Hakimlər: Andrey Çernı (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə).
Lyublyana. “Stoyitse Arena”.

Portuqaliya: 12. Andre Souza (q), 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k).
Ehtiyat oyunçular: 1. Bebe (q), 14. Viktor Huqo (q), 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Kesilio, 8. Marsio Moreyra, 11. Pani Varela, 13. Tyaqo Brito
Baş məşqçi: Jorge Braz.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Telez “Bolinya”, 5. Fineo de Araujo, 6. Eduardo Borges, 13. Everton Kardoso “Qalo”.
Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Villiams Oliveira Do Nascimento “Vassura”, 14. Vitali Borisov, 11. Xətai Bağırov, 18. Namiq Məmmədkərimov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti