Avropa Azərbaycan millisinin hücumçusuna həsəd aparır - FOTO

4 Fevral 2018 16:12 Futzal 775
Avropa Azərbaycan millisinin hücumçusuna həsəd aparır - FOTO

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsinin bombardirlər siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin oyunçusu Bolinya məhsuldarlığı ilə seçilib.

İlk oyunda het-trik edən millimizin “stolba”sı ən yaxın izləyicisini 1 top qabaqlayır. Onu Fransa millisinin iki üzvü - Süheyl Muhidin və Abdessamad Mohammed, həmçinin serbiyalı Draqan Tomiç izləyir. Bu oyunçuların hamısı 2 matç keçirib.

Məhsuldar ötürmələrin sayında da liderlər sırasında Azərbaycan yığması təmsil olunub. Düzdü, burada təkhakimiyyətlilik yoxdu. 6 futzalçı hərəyə 2 assistlə fərqlənib.

Onlardan ikisi – Eduardo və Fineo millimizin oyunçularıdı. Fransalı Süheyl Muhidin, portuqaliyalı Rikardinyo, serbiyalı Mladen Koçiç və qazaxıstanlı Duqlas Junior hərəyə 2 assistə malikdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti