Azərbaycan, yoxsa İspaniya?

4 Fevral 2018 13:10 Futzal 570
Azərbaycan, yoxsa İspaniya?

Sloveniyanın paytaxtı Lyublyanada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması bu gün qrupda son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri qitə birinciliyinin favoritlərindən hesab edilən İspaniya yığması ilə qarşılaşacaq.

Millimiz qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edərək (5:3) 1/4 finala vəsiqəni təmin edib. İspaniya isə ilk matçında fransızlarla “sülh bağlayıb” - 4:4.

Yığmamız bu oyundan ən azı 1 xalla ayrılsa, növbəti mərhələyə qrup birincisi kimi yollanacaq. Görüş bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

D qrupu

23:45 Azərbaycan - İspaniya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti