Azərbaycan - İspaniya matçının hakimləri açıqlandı

3 Fevral 2018 17:36 Futzal 520
Azərbaycan - İspaniya matçının hakimləri açıqlandı

Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan futzal üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunlarına təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabah İspaniyaya qarşı keçirəcəyi qarşılaşmanın da hakimləri müəyyənləşib.


Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyası sloveniyalı Admir Zahoviçə həvalə edilib. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq.


Azərbaycan – İspaniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Komandamız ötən gün keçirdiyi ilk oyunda Fransaya 5:3 hesabıyla qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti