Nazirin adamı nəyə inanır?

3 Fevral 2018 15:00 Futzal 604
Nazirin adamı nəyə inanır?

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin futbol sektorunun müdiri Fikrət Hüseynov Fransa - Azərbaycan oyunundan sonra fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurum rəsmisi futzazl yığmamızın 1/4 fonala çıxdığı Avropa çempionatnda finaladək irəliyəcəyinə inanır:

“Yanvarın 30-dan etibarət futzal üzrə Avropa çempionatının final mərhələsinə start verilib. Qrupumuzun ilk oyununda İspaniya və Fransa komandaları qarşılaşdı və matç 4:4 hesabı ilə başa çatdı.

Bu nəticədən sonra bizi Fransa ilə oyunda ancaq qələbə qane edirdi. Komandamız bu gün çox gözəl oyun nümayiş etdirməklə bərabər, lazım olan nəticəni də qazandılar. Bütün idman sevərləri nazirliyin və öz adımızdan təbrik edirik.

Bu uğurun davamının gəlməsini arzulayıram. Növbəti oyunda ispaniya ilə qarşılaşacağıq. Əlbəttə, ancaq qələbə haqda düşünürük. Arzulayıram ki, Sloveniyanı yarışın son günü finalçı kimi tərk edək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti