Azərbaycan millisi Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Fransa ilə qarşılaşan komandamız 5:3 hesabı ilə qələbə qazanıb.
Thaqo Telez “Bolinyo”nun het-trik etdiyi oyunda digər qolları Everton Kordoso “Qalo” və Eduardo Borges vurub.

