Fransa yığmasının kapitanı: “Azərbaycana azarkeşlik edəcəyik”

3 Fevral 2018 13:12 Futzal 604
Fransa yığmasının kapitanı: “Azərbaycana azarkeşlik edəcəyik”

Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununda Fransa ilə qarşılaşdı.

Sportinfo.az xəbər verir ki, hesabı erkən açan millimiz fasiləyə “sülh”lə yollansa da, ikinci hissənin 5-ci saniyəsində rəqibin fərqlənməsinə mane ola bilmədi.

Bununla belə, “come back” edən millimiz inamlı qələbə qazanmaqla bərabər, 1/4 final mərhələsinə vəsiqəni də təmin etdi.

Oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən və komandamız haqda müsbət fikir söyləyən Fransa millisinin qapıçısı Camel Harun İspaniya ilə oyunda millimizə uğurlar arzulayıb:

“Maraqlı oyun alındı. Biz 2 gün əvvəl də oyuna çıxmışdıq və istər-istəməz bu amil mənfi təsirini göstərdi. Birinci hissədə mümkün qədər müqavimət göstərdik, amma ikinci hissədə artıq yorulmuşduq.

Buna görə də rəqiblə ayaqlaşa bilmədik. Rəqibimiz də sıradan komanda deyil. Azərbaycan millisinin heyətində fərdi baxımdan seçilən oyunçular var. Çox texnikalıdılar və istənilən rəqibi təkətək mübarizədə üstələməyi bacarırlar.

Bolinya isə tam fərqli bir hücumçudu. Həm də biz ilk dəfə belə böyük yarışda iştirak edirik, Azərbaycan millisi isə dəfələrlə bu cür yarışda gücünü sınayıb. Düzdü, oyundan əvvəl şanslar 50-nin 50-yə idi. Bu dəfə sizin komanda şansları xeyrinə dəyişdi.


İndi səbirsizliklə Azərbaycan – İspaniya oyununu gözləyirik. Əlbəttə, sizin komandaya azarkeşlik edəcəyik. 2 top fərqi ilə qələbə qazansanız, bizim üçün 1/4 final yolu açılacaq. İstənilən halda, bura gəzməyə deyil, oynamağı bacardığımızı göstərməyə gəlmişdik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti