Azərbaycan çempionu ÇL-in pley-offunda oynayacaq

2 Fevral 2018 10:24 Futzal 541
Azərbaycan çempionu ÇL-in pley-offunda oynayacaq

İspaniyanın Alkalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz “Ulduz” Fransadan “Reyms”i 2:5 hesabı ilə məğlub olub.

Komandamız bu gün 5-8-ci yerlər uğrunda keçiriləcək pley-off oyunlarında iştirak edəcək. “Ulduz” Bakı vaxtı ilə saat 14:00-da “Oslo Doves Sport” komandası ilə qarşılaşacaq.

Digər oyunda isə “Torino” - “Real En On Solo” komandaları üz-üzə gələcək. Qalib komandalar 5-ci, məğlublar isə 7-ci yer uğrunda oyunda iştirak edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti