Yanvarın 30-dan fevralın 10-dək keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin üzvlərinə bu gün Lyublyana şəhərindəki “Austria Trend Hotel”də seminar keçirilib.
Sportinfo.az xəbər verir ki, UEFA hakim-inspektoru İvan Novak qaydalarla bağlı futzalçıların diqqət etməli olduğu məqamları çatdırıb, sualları cavablandırıb, hazırlanmış videoçarx nümayiş etdirilib.










