Millimizin baş məşqçisi və kapitanı media təmsilçilərinin suallarını cavablandıracaq

29 Yanvar 2018 15:12 Futzal 557
Millimizin baş məşqçisi və kapitanı media təmsilçilərinin suallarını cavablandıracaq

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların baş məşqçilərinin və kapitanların iştirakı ilə yanvarın 29-da mətbuat konfransı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçilər və kapitanlar əvvəlcə media təmsilçilərinin suallarını cavablandıracaqlar.

Daha sonra ilk turda üz-üzə gələcək komandaların kapitanları kubokla birgə xatirə şəkli çəkdirəcəklər.

Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvanın və komandamızın kapitanı Rizvan Fərzəliyevin də qatılacağı tədbir yerli vaxtla saat 15:45-dən 16:45-dək oyunların keçiriləcəyi “Stoyiçe Arena”nın mətbuat konfransı otağında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti